1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda yeni sığorta agentliyi yaradıldı

“PAŞA Sığorta” şirkətinin idarə heyəti sədrinin keçmiş birinci müavini Əli Bayramov yeni sığorta agentliyi yaradıb. Bu barədə Əli Bayramov özü məlumat verib. Onun sözlərinə görə, müddətsiz lisenziyaya malik, “InsurALL” MMC adlanan yeni sığorta agentliyi sentyabr ayından etibarən fəaliyyətə başlayacaq. Digər sığorta agentliklərindən fərqli olaraq “InsurALL” təkcə avtomobillərin icbari sığortası deyil, bütün sığorta məhsullarının satışını həyata keçirəcək. O cümlədən korporativ və eksklüziv sığorta məhsullarının satışını başlanacaq. Söhbət bank sığorta məhsullarından, girov əmlak və avtomobillərin sığortasından gedir. Bundan əlavə, sığorta agentliyinin əsas prioritetləri kənd təsərrüfatı və səyahət sığortası olacaq. Ə.Bayramovun sözlərinə görə, kənd təsərrüfası sığortası üzrə böyük potensial var. Son dövrlər fermerlər və iri holdinqlər tərəfindən də kənd təsərrüfatı sığortasına maraq artıb. Bu da sığorta agentliyinə kənd təsərrüfatı sığortasına fokuslanmağa imkan verəcək.

O əlavə edib ki, yeni şirkət bununla yanaşı, müştərilərə və agentlərə sığorta hüququ, sığorta məsləhətləri, sığorta maarifləndirməsi sahəsində də yardım edəcək: “24 saat pulsuz fəaliyyət göstərən qaynar xəttimiz olacaq. Sığorta müştəriləri bu sahə üzrə onları maraqlandıran bütün məsələlərlə bağlı bizə müraciət edə biləcəklər”.

Ə.Bayramov bildirib ki, “InsurALL” hələlik Bakıda fəaliyyət göstərəcək. Bir il müddətində isə region mərkəzlərində və iri şəhərlərdə filiallar yaradılacaq.

Xatırladaq ki, Ə.Bayramov Azərbaycanın sığorta bazarında fəaliyyətə 2003-cü ildən “Most Insurance”dən (sonradan “Standard Insurance”) başlayıb. 2005-2006-cı illərdə “Xalq sığorta”, 2015-cı ilə qədər isə “A-Qroup” sığorta şirkətində çalışıb. 2015-ci ilin noyabr ayında isə “PAŞA Sığorta”nın idarə heyətinin sədr müavini təyin edilmişdi . Bu ilin iyul ayının 31-dən etibarən isə sığorta şirkətindən ayrılıb.

MənbəFins.az
Son xəbərlər
Digər xəbərlər