15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda zavoda rəhbərlik türkiyəli mütəxəssisə tapşırılır – Təyinat

Türkiyənin şirkətində yaşlı şirkətində çalışmış mütəxəsis Levent Kurukalıp Sumqayıt Texnologiya Parkının ikinci ən böyük zavoduna baş icraçı direktor təyin edilib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Levent Kurukalıp Polimer Məmulatlar Zavoduna direktor təyin edilib.

O, buna qədər “AKANSU GROUP”un İdarə Heyətinin sədr müavini idi.

Polimer Məmulatlar Zavodu (PMZ) Sumqayıt Texnologiyalar Parkının ərazisinə görə ikinci ən böyük müəssisədir. Şirkətin hüquqi adı “STP Polymer” məhdud məsuliiyətli cəmiyyətdir. 2009-cu ilin dekabrında fəaliyyətə başlayan bu zavod müxtəlif polimer boruların istehsalında ixtisaslaşıb və regionun polimer məmulatları istehsal edən ən iri sənaye müəssisələrindən biridir.

PMZ-də hazırda polimer borular, polimer fitinqlər, sarınmış ve polimer kompozit borular, PVC qapı-pəncərə profilləri və onların laminasiyası, mikser-dozator ve kabel plastikatı, su və kanalizasiya boruları, polikarbonat lövhə istehsalı sahələri fəaliyyət göstərir.

Zavodda 80-dən artıq müxtəlif istehsal xəttləri fəaliyyət göstərir. Bütün istehsal prosesi Almaniyanın “Krauss Maffei”, “Unicor”, “Krah”, Avstriyanın “Battenfield Cincinatti”, “Fux”, İtaliyanın “Omipa” və Türkiyənin “Mikrosan” şirkətlərinin istehsalı olan ən müasir texnoloji avadanlığın köməyi ilə həyata keçirilir.

Almaniya istehsalı olan texnoloji avadanlıq və xammalın böyük hissəsi müasir beynəlxalq standartlara cavab verən məhsulların istehsalına imkan verir. Ümumi istehsal qabiliyyəti illik 250 000 tondan artıqdır.

Son xəbərlər
Digər xəbərlər