12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycandakı mikromaliyyə təşkilatları indiyədək 20 mlrd. manat kredit ayırıb

İndiyə qədər Azərbaycandakı mikromaliyyə təşkilatları toplam olaraq 20 mlrd. manat məbləğində 5 mln.-dan artıq kredit verib.

Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva Bakıda keçirilən “Azərbaycanda mikromaliyyənin gələcəyi – çətinlikləri və imkanlar” adlı V İnvestorlar Yarmarkasında deyib.

Onun sözlərinə görə, bu kreditlər əsasən kənd yerlərində yaşayanlara, kənd təsərrüfatı sektoruna verilib.

J.Hacıyeva həmçinin qeyd edib ki, Azərbaycanda “Kredit Zəmanət Fondu” ASC-nin yaradılması sahibkarların maliyyə resurslarına çıxışının artırılması ilə yanaşı maliyyə bazarında rəqabət mühitini gücləndirəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər