Quba rayonunda yerləşən konserv zavodunun Özəlləşdirmə Planı itib. Bu barədə rəsmi mətbuatda bildirilib.
Məlumata görə, “Quba Konserv-1” ASC-nin Özəlləşdirmə Planı (emissiya prospekti) itdiyi üçün etibarsız sayılır.
Xatırladaq ki, adı çəkilən səhmdar cəmiyyət 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 896 852 manatdır.