“Rosselxoznadzor”un Dağıstan Respublikası üzrə İdarəsinin mütəxəssisləri ümumi çəkisi 73 ton olan 4 partiya meyvənin Azərbaycandan Rusiyaya idxalına qadağa qoyub.
“Göndərilən yük partiyaları Rusiyanın dövlət sərhədinin Dağıstan hissəsində – “Yaraq-Kazmalar” keçid məntəqəsində saxlanılıb. Karantin fitosanitar nəzarətinin gedişində mal partiyalarına baxış zamanı karantin obyekti – Şərq meyvəyeyəni aşkar edilib”, – deyə idarənin məlumatında qeyd olunur.
Zərərvericinin mövcudluğu “Ümumrusiya Bitkilərin Karantin Mərkəzi” Federal Dövlət Büdcə Müəssisəsinin Dağıstan filialının rəyi ilə də təsdiqlənib.
(Interfaks.az)