Azərbaycandan Belarusa gedənlər üçün karantin tətbiq edilməyəcək

Belarus Səhiyyə Nazirliyi Azərbaycanı sakinləri Belarusa gəldikdən sonra karantindən keçməli olan dövlətlərin siyahısından çıxarıb.

BELNAVINY xəbər verir ki, karantindən “azad olunanlar” sırasında həmçinin Tanzaniya, Şri-Lanka, Monqolustan və Fici də yer alıb.

Buna qədər adıçəkilən ölkələrin vətəndaşları Belarusa gəldikdən sonra iki həftə özlərini təcrid etmək məcburiyyətində qalırdı. Avqustun 4-dən əvvəl ölkəyə daxil olan şəxslər artıq karantini poza bilər.

MənbəReport.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər