22 C
Baku
Thursday, April 25, 2024

Azərbaycandan İrana elektron vizanın verilişi dayandırıldı

Bu gündən etibarən Azərbaycana gəlmək istəyən İran vətəndaşları elektron viza üçün müraciət edə bilməyəcəklər.

Bununla bağlı e-visa.gov.az portalında İran vətəndaşlarının elektron müraciəti üçün ayrılan bölmə fəaliyyətini dayandırıb.

Bölməyə daxil olarkən mənbə ölkə kimi İranı seçdiyiniz təqdirdə gedilən ölkənin müvafiq siyahıda yer almadığı göstərilir. Daha ətraflı portala daxil olaraq nəticəni yoxlaya bilərsiniz

Qeyd edək ki, koronavirusun İran ərazisində geniş yayılması nəticəsində ölənlərin sayı durmadan artır. Bununla bağlı Azərbaycanla İran arasındakı sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilib. İrandan gələn şəxslərdə hərarət yüksəkliyi aşkar olunduğu təqdirdə onlar ya Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında, ya da Bakıdakı Kliniki Tibbi Mərkəzdə nəzarətə götürülür.

Baku tv

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər