Azərbaycandan 2023-cü ilinin birinci rübündə Türkiyədəki fiziki şəxslərə köçürlən pul baratlarının həcmi azalıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ilin I rübndə bu ölkəyə $34.15 mln. həcmində pul transfer olub.
Bu da illik müqayisədə $6.78 mln. və ya 17% azdır.
Türkiyədən Azərbaycandakı fiziki şəxslərə göndərilən pul baratlarının həcmi isə illik müqayisədə $9.22 mln. və ya 39% artmaqla $32.63 mln. olub.