9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycandan Ukrayna, Litva, Polşa, Niderlanda pul köçürmələri kəskin artıb

Ötəm il Azərbaycandan Ukrayna, Litva, Polşa, Niderland, Nigeriya, Qazaxıstan, Birləşmiş Krallığa köçürülmüş fiziki şəxslərin pul baratları həcmi kəskin fərqlə artıb.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

2021-ci ildə Azərbaycandan Ukraynaya 46.57 milyon ABŞ dolları pul köçürülüb. Bu da 2020-ci illə müqayisədə 2.1 dəfə, yaxud 24.05 milyon dollar çoxdur.

Böyük Britaniyaya köçürülən pulların həcmi isə 20.73 milyon dollar (82%) artmaqla 45.93 milyon dollara, Niderlanda 6.23 milyon dollar (2.4 dəfə) artımla 10.66 milyon dollara, Qazaxıstana 5.16 mln. dollar (2.1 dəfə) artımla 10 milyon dollara, Nigeriyaya 3.85 milyon dollar (22 dəfə) 4.02 milyon dollara, Litvaya 1.74 milyon dollar artımla (2.1 dəfə) 3.32 milyon dollara qədər artıb.

329535823

Son xəbərlər
Digər xəbərlər