14 C
Baku
Wednesday, April 17, 2024

Azərbaycandan xarici valyutanı qanunsuz yolla çıxarmaq istədilər

Dövlət Gömrük Komitəsinin əməkdaşları xarici valyutanın qanunsuz yolla ölkədən aparılmasının qarşısını alıblar.

Komitədən Banker.az-a verilən məlumata görə, DGK-nın Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən “Berkarar” Ro-Ro tipli gəmi vasitəsilə Türkmənistana getmək istəyən “Toyota Hilux” markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişini Beynəlxalq Dəniz Ticarət Limanının Bakı terminalının ərazisində yerləşən gömrük postuna daxil olublar.

Gömrük sərhədini keçən zaman onlar üzərilərində 9 700 ABŞ dolları və 8 500 ABŞ dolları məbləğində valyutanı şifahi formada bəyan ediblər və bu məbləğlərdən əlavə valyutanın olmadığını bildiriblər.

Lakin, hər iki vətəndaşın hərəkətləri şübhə yaratdığı üçün gömrük yoxlamasının keçirilməsi zərurəti yaranıb. Yoxlama zamanı “Toyota Hilux” markalı nəqliyyat vasitəsinin sükanından aşağıda, zavod istehsalı quruluşuna aid çıxıntılı hissəsinin gözlə görünməyən arxa tərəfində, aşkar edilməni çətinləşdirən üsuldan istifadə etməklə gizlədilən və gömrük orqanına bəyan edilməyən 9 600 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Digər xəbərlər