8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın əyalət BOKT-u yenidən zərər etdi

Bərdədə fəaliyyət göstərən “Gold Finance Bank Olmayan Kredit Təşkilatı” MMC 2020-ci ili 21.2 min manat zərər ilə başa vurub.

Banker.az bu barədə 8 yaşlı BOKT-un maliyyə hesabatına istinadən xəbər.

2020-ci ildə “Gold Finance” BOKT-un cəmi gəlirləri 22.47 manat (2019-cu ildə: 77.8 min manat), cəmi xərcləri 43.67 min manat (31.9 min manat) təşkil edib. BOKT-un işçi sayı isə 5 nəfərdən 4 nəfərə qədər azalmasına rəğmən, əməkhaqqı xərcləri 2019-cu ildə 4.9 min manat olduğu halda, 2020-ci ildə bu rəqəm 17.52 min manata yüksəlib.

Beləliklə, gəlirlər xərclərini qarşılaya bilməmişdir.

Bu zərərdən sonra BOKT-un balansındakı 39.74 min manat bölüşdürülməmiş mənfəət 21.2 min manata qədər azalıb ki, bu da cəmi kapitalı 328.8 min manata endirib. Kapitalında 350 min manatı nizamnamə kapitalı təşkil edir.

“Gold Finance” BOKT 2020-ci ilin əvvəlində 628.63 min manatlıq aktivini ilin sonuna 589.19 min manata qədər azaldıb. Azalmaya səbəb isə BOKT-un müştərilərə verdiyi kredit portfelinin hesabat dövrü ərzində 547.93 min manatdan 356.85 min manata qədər azalmasıdır.

Qeyd edək ki, BOKT-un 242.97 min manat (öncəki ildə: 232.97 min manat) uzunmüddətli borcu var.535 4234444242322342

Son xəbərlər
Digər xəbərlər