6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın 10 yatağı satışa çıxarılır – Qiymətlər

Banker.az xəbər verir ki, hərraca Abşeron rayonu “Qızılburun” gil yatağı və “Şıxzərli” gips yatağı, Ağstafa rayonu “Ağstafaçay” qum-çınqıl yatağı, Göygöl rayonu “Qızılca” plagioporfir yatağı, İsmayıllı rayonu “Bilistan-II” qum-çınqıl yatağı,  “Təzəkənd” qum-çınqıl yatağı və “Göyçay-I” qum-çınqıl yatağı, Şabran rayonu “Dəvəçiçay” qum-çınqıl yatağı, Quba rayonu “Qonaqkənd” qum-çınqıl yatağı və “Qorxmazoba” qum-çınqıl yatağı çıxarılır.

Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Bakı KOB evindəki pəncərəsinə, eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) Çağrı mərkəzi: 195-1.

Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
  2. Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin əslini;
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  4. İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
  5. İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə – nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə – şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
  6. İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin surəti;
  7. İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.

İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 22 iyun 2023-cü il saat 16:00-a qədər Bakı şəhəri, Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər.

Əlaqələndirici şəxs: Tərlan Həziyev (050 411 08 88)

Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər Agentliyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə (bundan sonra “ərizə”) təqdim edir.

Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.

Hərracda iştirak etmək istəyənlər 540 manat məbləğində xidmət haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Bakı KOB evindəki pəncərəsindən (Əlaqələndirici şəxs: Həziyev Tərlan, telefon: (052) 411 08 88)) pəncərəsindən ala bilərlər.

Abşeron rayonu “Qızılburun” gil yatağı

N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1. Qızılburun LOT-1 95 600 m3 2.0 ha Gil 25 ilədək 351405.00

4428371.00

9 560 956

Abşeron rayonu “Şıxzərli” gips yatağı

N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1. Şıxzərli LOT-1 46 800 m3 3.6 ha Gips 25 ilədək 332858.2871

4463149.9145

4 680 468

Ağstafa rayonu “Ağstafaçay” qum-çınqıl yatağı

N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1. Ağstafaçay LOT-1 60 000 m3 4.0 ha Qum-çınqıl 25 ilədək 536985.3602

4560036.9445

6 000 600
2. Ağstafaçay LOT-2 25 000 m3 1.7 ha Qum-çınqıl 25 ilədək 537078.7095

4558891.8545

2 500 250

Göygöl rayonu “Qızılca” plagioporfir yatağı

N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1. Qızılca LOT-1 467 500 m3 2.5 ha Plagioporfir 25 ilədək 603578.00

4499094.00

46 750 4 675
2. Qızılca LOT-2 477 500 m3 2.5 ha Plagioporfir 25 ilədək 603410.00

4499436.00

47 750 4 775
3. Qızılca LOT-3 760 000 m3 4.0 ha Plagioporfir 25 ilədək 603745.00

4499396.34

76 000 7 600
4. Qızılca LOT-4 570 000 m3 3.0 ha Plagioporfir 25 ilədək 603372.90

4499105.01

57 000 5 700

İsmayıllı rayonu “Bilistan-II” qum-çınqıl yatağı

N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1. Bilistan-II LOT-1 100 000 m3 5.0 ha Qum-çınqıl 25 ilədək 40°39’21.48″

48°14’24.53″

10 000 1000

İsmayıllı rayonu “Təzəkənd” qum-çınqıl yatağı

N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1. Təzəkənd LOT-1 125 000 m3 5.0 ha Qum-çınqıl 25 ilədək “48°17’15.93″

40°43’4.71”

12 500 1 250

İsmayıllı rayonu “Göyçay-I” qum-çınqıl yatağı

N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1. Göyçay-I LOT-1 125 000 m3 5.0 ha Qum-çınqıl 25 ilədək “48° 1’46.77″

40°53’20.55”

12 500 1 250

Şabran rayonu “Dəvəçiçay” qum-çınqıl yatağı

N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1. Dəvəçiçay LOT-1 27 000 m3 1.8 ha Qum-çınqıl 25 ilədək 321287.79

4559693.46

2 700 270

Quba rayonu “Qonaqkənd” qum-çınqıl yatağı

N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

(manatla)

Beh məbləği

(10%)

(manatla)

1. Qonaqkənd LOT-1 100 000 m3 5.0 ha Qum-çınqıl 5 ilə qədər 298631.79

4548286.52

10 000 1 000
2. Qonaqkənd LOT-2 60 000m3 3.0 ha Qum-çınqıl 5 ilə qədər 298686.00

4548569.00

6 000 600
3. Qonaqkənd LOT-3 100 000 m3 5.0 ha Qum-çınqıl 5 ilə qədər 298711.20

4551052.75

10 000 1 000
4. Qonaqkənd LOT-4 100 000 m3 5.0 ha Qum-çınqıl 5 ilə qədər 298691.09

4551245.97

10 000 1 000
5. Qonaqkənd LOT-5 100 000 m3 5.0 ha Qum-çınqıl 5 ilə qədər 298649.49

4551403.17

10 000 1 000
6. Qonaqkənd LOT-6 100 000 m3 5.0 ha Qum-çınqıl 5 ilə qədər 298604.08

4551549.28

10 000 1 000
7. Qonaqkənd LOT-7 100 000 m3 5.0 ha Qum-çınqıl 5 ilə qədər 298556.23

4551683.05

10 000 1 000
8. Qonaqkənd LOT-8 100 000 m3 5.0 ha Qum-çınqıl 5 ilə qədər 298511.64

4551819.99

10 000 1 000
9. Qonaqkənd LOT-9 100 000 m3 5.0 ha Qum-çınqıl 5 ilə qədər 298456.13

4551959.44

10 000 1 000
10. Qonaqkənd LOT-10 100 000 m3 5.0 ha Qum-çınqıl 5 ilə qədər 298449.59

4551967.81

10 000 1 000
11. Qonaqkənd LOT-11 100 000 m3 5.0 ha Qum-çınqıl 5 ilə qədər 298326.86

4552239.96

10 000 1 000
12. Qonaqkənd LOT-12 100 000 m3 5.0 ha Qum-çınqıl 5 ilə qədər 298267.13

4552383.38

10 000 1 000
13. Qonaqkənd LOT-13 100 000 m3 5.0 ha Qum-çınqıl 5 ilə qədər 298193.05

4552521.66

10 000 1 000
14. Qonaqkənd LOT-14 100 000 m3 5.0 ha Qum-çınqıl 5 ilə qədər 298124.66

4552651.65

10 000 1 000
15. Qonaqkənd LOT-15 100 000 m3 5.0 ha Qum-çınqıl 5 ilə qədər 298046.32

4552790.00

10 000 1 000

Quba rayonu “Qorxmazoba” qum-çınqıl yatağı

N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1. Qorxmazoba LOT-3 160 000 m3 8.0 ha Qum-çınqıl 25 ilədək 304687.89

4570112.51

16 000 1 600
Son xəbərlər
Digər xəbərlər