6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın 2023-2024-cü illər üçün qeyri neft-qaz sektorundakı artımın əsas amilləri açıqlanıb

Azərbaycanın ümumi daxili məhsul (ÜDM) istehsalında qeyri neft-qaz sektorunun payı bu il 66 %-ə, 2024-cü ildə isə 68 %-ə yüksələcəyi proqnozlaşdırılır.

Bunu Rusiyanın “Qazprombank” ASC-nin Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.

Məlumata görə, son 2 ildə (2021-2022-ci illərdə) isə ÜDM-də qeyri neft-qaz sektorunun payı 64 % olub.

Onun sözlərinə görə, qeyri neft-qaz sektorunda artımın əsas amilləri istehlakçı fəallığının genişlənməsi, işğaldan azad edilmiş ərazilərdəki yeni layihələr, infrastruktur layihələr, İT sektoru olacaq.

“Azərbaycan iqtisadiyyatı ötən ilki 4,6 % artımdan sonra bu il 3 %-dək normallaşacaq. 2024-cü ildə isə qeyri neft-qaz sektorunun daha da inkişafı nəticəsində iqtisadi artım 3,5 %-dək irəliyəcək”, – G. Xaydarşina qeyd edib.

Son xəbərlər
Digər xəbərlər