12 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanın 50 manatlıq pul nişanı ən mükəmməl banknot kimi finala çıxıb

Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin əvvəlindən yenilənərək tədavülə buraxdığı 50 manatlıq pul nişanı bu ilin ən mükəmməl banknotu kimi finalçılar sırasına seçilib.

Bu barədə AMB xəbər verir.

Məlumata görə, ABŞ-ın tanınmış “Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) “2022-ci ilin Ən Mükəmməl Yeni Pul Nişanı” nominasiyası üzrə beynəlxalq müsabiqə keçirib və bu müsabiqəyə bir sıra ölkələrin, o cümlədən Avropa, İngiltərə, Avstraliya, Meksika, İndoneziya, Azərbaycan, Qazaxıstan, Sinqapur, Filippin və digər ölkələrin mərkəzi banklarının ötən il tədavülə buraxdığı pul nişanlarını cəlb edib.

Bundan əvvəl yeni 50 manatlıq pul nişanını ötən ilin noyabr ayında Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası (IHMA) Böyük Britaniyada təşkil edilmiş beynəlxalq konfransda “ən təhlükəsiz mühafizə sisteminə malik banknot” nominasiyası üzrə qalib seçib.

“Müstəqil Azərbaycan” mövzusuna həsr olunmuş milli pul nişanları konsepsiyası çərçivəsində təhsil və gələcəyimizin inkişafına hədəflənmiş yenilənmiş 50 manatlıq pul nişanı üzərində inkişaf rəmzi olan – “Pillələr”, təhsilin önəmli kateqoriyaları olan “Təhsil ocağı”, “Şagird”, “Tələbə” təsvirləri, milli xalça naxışları və ornamentlər təsvir edilmiş, ən son texnoloji yenilikləri özündə əks etdirən mühafizə sistemləri ilə təchiz edilib.

Hazırda yenilənmiş 50 manatlıq pul nişanı dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.

Son xəbərlər
Digər xəbərlər