15 C
Baku
Friday, April 26, 2024

Azərbaycanın Bakı-Tbilisi-Ceyhan ilə neft nəqli 12%-dən çox artıb

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 31003,0 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6% çox neft nəql edilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabata istinadən xəbər verir.

Hesabata əsasən, nəqletmənin 78,8%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Belə ki, cari ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 24428,1 min ton (illik müqayisədə 2 650,9 min ton və ya 12.2% çox) neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə 4131,1 min ton tranzit nefti də nəql edilib.

Qeyd edək ki, ötən ilin ilk 10 ayında magistral neft kəmərləri ilə nəql edilmiş neftin həcmi 29089,7 min ton olub ki, bunun da 74,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Həmin müddət ərzində ərzində bu kəmər vasitəsilə 21777,2 min ton neft ötürülüb, 2814,8 min ton tranzit nefti də nəql edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər