“Crocus Group”un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarovun şirkəti bu ilin yayında Moskva vilayətində Azərbaycanda istehsal olunan “Berg” enerji içkilərinin istehsalına başlamağı planlaşdırır, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Onun layihədəki tərəfdaşları bu məhsulun istehsalçısının ortaqlarıdır.
Emin Ağalarovun içki istehsalı üçün yaratdığı “Uni Pak” MMC “Berg” ticarət nişanının qeydiyyatı üçün mayın sonunda ərizə verib. Bu brend altında Azərbaycanda enerji içkiləri istehsal olunur.
Emin Ağalarovun nümayəndəsi “Kommersant”a bildirib ki, biznesmenin “Uni Pak” MMC-dəki tərəfdaşları Azərbaycanda “Berg” içkiləri istehsal edən “Berg Energy” şirkətinin ortaqlarıdır.