18 C
Baku
Thursday, May 16, 2024

Azərbaycanın çay idxalı ixracını 7 dəfəyədək üstələyir

2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan ümumi dəyəri 9 milyon 656 min ABŞ dolları dəyərində 1 561 ton çay ixrac edib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

Ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk 9 ayında ölkədən ixrac edilən çayın dəyəri 57.5%, həcmi isə 93% artıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0.03%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.34%-ə bərabər olub.

Bununla yanaşı, Azərbaycana ümumi dəyəri 55 milyon 409 min dollar dəyərində 10 827 ton çay idxal olunub. Əvvəlki il ilə müqayisədə çay idxalının dəyəri 18% artıb, həcmi isə 0.5% azalıb. Çayın ümumi idxaldakı payı 0.56% təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında (ötən ilin eyni göstəricisi ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 6 dəfə, həcm ifadəsində isə 7 dəfə üstələyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər