22 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanın düyü idxalında Hindistanın payı 75%-ə yüksəlib

Azərbaycanda Pakistan düyüsü üçün gömrük rüsumunun azad edilməsinə rəğmən onun idxalda payı öncəki ildən xeyli aşağı düşüb.

Banker.az xəbər verir ki, 2022-ci ildə Azərbaycan xaricdən 50.02 min ton düyü almış (idxal dəyəri: $42.42 mln.-luq) və bu da miqdar baxımdan illik 9% artım deməkdir.

Baxmayaraq ki, Azərbaycanın əsas düyü tədarükçüsü olan Hindistan ötən il ixracla bağlı məhdudiyyətlər tətbiq etəyə başlayıb, Azərbaycan bu ölkədən idxalı artırmaqla 37 564 tona çatdırıb. Bu da illik müqayisədə düyünün Hindistandan idxalını 24%-dən çox artması deməkdir. Azərbaycanın idxal aparan şirkətləri bu ölkəyə düyü almağa görə $34.35 mln. valyuta ödəyiblər.

Hindistanın ümumi düyü idxaldakı payı 66%-dən 75%-ə qədər yüksəlib.

Beləliklə, Azərbaycan Hindistandan aldığı düyünün hər tonu 2021-cü il üzrə $824.5 idisə, 2022-ci ildə $914.3 qədər bahalaşıb. Bu illik müqayisədə hər tonun 11% bahalaşması deməkdir.

Pakistandan 2021-ci ildə  2 212 ton ($1.55 mln.) düyü aldğı haıda bu rəqəm 2022-ci ildə 1 072 tona qədər ($822.27 min) düşüb. Pakistandan 2021-ci ildə hər tonu  $700.5-ə alındığı halda, bu il $767.3-ə qədər 10%-lik bahalaşma yaşayıb.

Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhatti Azərbaycan hökumətinin Pakistandan düyü idxalını gömrük rüsumundan azad etməsi Pakistan düyüsünün Azərbaycana ixracını 10 dəfə artıra biləcəyini demişdi.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər