2022-ci ilin aprelin 1-i vəziyyətinə 33.4 min aztəminatlı ailənin 146.4 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 67.96 manat təşkil
edib.
Banker.az açıqlanan rəsmi statistikaya istinadən bildirir.
Rayonlar üzrə 1 nəfərə düşən ən çox sosial yardım məbləği Biləsuvardadır. Bu rayonda aylıq ünvanlı dövlət sosial yardımın məbləği 74 manat 88 qəpik təşkil edir. Biləsuvardan sonra ən yüksək orta aylıq dövlət sosial yardımı Daşkəsəndə verilib. Bu rayonda orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği 72 manat 65 qəpik olub. 3-cü yerdə isə 72 manat 64 qəpik olmaqla Qəbələ dayanır.
Sosial yardım alanlara verilən ən aşağı məbləğ Naxçıvan Muxtar Respublikasında (46.02 manat) qeydə alınıb.