4 C
Baku
Friday, March 29, 2024

Azərbaycanın icmal dövlət büdcəsində 4 mlrd. manata yaxın qalıq (profisit) olub

2021-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 33 902.9 milyon manat təşkil edib ki, bu da proqnozdan 42.3%, 2020-ci illə müqayisədə isə 38.6% çoxdur.

Bu barədə Banker.az-a Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, ötən il icmal büdcənin xərcləri isə 29 980,6 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 2.8% çoxdur.

Beləliklə, icmal büdcə 7 335.3 milyon manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 922.3 milyon manat qalıqla yekunlaşıb.

Son xəbərlər
Digər xəbərlər