13 C
Baku
Tuesday, May 7, 2024

Azərbaycanın iqtisadi artım tempi daha da sürətlənir – Amma hökumətin proqnozu…

2021-ci ilin yanvar-avqust aylarında ölkədə 54 milyard 730.2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3.6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5.7 faiz artmışdır.

ÜDM istehsalının 40.4 faizi sənaye, 10.4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5.0 faizi tikinti, 1.8 faizi informasiya və rabitə, 1.1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18.4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.2 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 5 466.1 manata bərabər olmuşdur.

Azərbaycan hökuməti bu il ölkədə iqtisadi artımın 4.6% təşkil edəcəyini proqnozlaşdırır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər