16 C
Baku
Sunday, April 28, 2024

Azərbaycanın iş adamı Şirinov Elvin ötən il ixracdan 128 milyon dollar gəlir əldə edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın yanvar sayında, qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-dekabr ayında həyata keçirilən ixracla bağlı qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqi də yer alır.

Banker.az xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Şirinov Elvin Valeh oğlu da yer alır.

Fiziki şəxs Şirinov Elvin Valeh oğlu 128.2 milyon dollarlıq ixracı ilə 2023-cü ilin yanvar-dekabr aylarında qeyri-neft sektoru üzrə özəl ixracatçı subyektlərin reytinqində 1-ci yeri tutub.

2022-ci ilin eyni dövründə isə ixracı 47.1 milyon dollar təşkil etmişdir ki, bu da illik müqayisədə ixracın 2.7 dəfə artması deməkdir.

Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər