5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın məqsədli büdcə fondlarının 6 aylıq gəlir və xərcləri açıqlanıb

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun daxilolmaları 275,9 milyon manat təşkil edib.

Məlumata görə, ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarı üçün Fondun xərcləri üzrə 165 milyon manat vəsait istifadə olunub.

Bundan başqa, yanvar-iyun aylarında “Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu”, “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”, “Mineral-xammal bazasının bərpası üzrə dövlət Fondu”, “Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondu” və “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu”nun daxilolmaları 16,3 milyon manat, xərcləri isə 1,3 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər