8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın maliyyə sektoru ötən il aktivlərini 3 % artırıb

Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 51,7 %-i, qeyri-neft-qaz ÜDM-nin isə 81,9 %-i qədər – 63,6 milyard manat təşkil edib.

Hökumətin hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,25 % çoxdur.

Hesabat tarixinə sektorun aktivlərinin 77,3 %-i banklarda cəmləşib. Bu nisbət 1 il bundan əvvəl 76,4 % olub. Hesabat dövründə bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının payı 20,8 %-dən 19,7 %-ə düşüb, sığorta şirkətlərinin payı 2,6 %-dən 2,8 %-ə qalxıb, investisiya şirkətlərinin payı isə 0,2 % qalıb.

Hökumət BOKT-ların aktivlərdəki payının yüksək olmasını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-a ötürülməsi ilə izah edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər