Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri 47,8 milyard manat təşkil edib.
Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,45% çoxdur.
Hesabat tarixinə sektorun aktivlərinin 69%-i banklarda cəmləşib. Bu nisbət 1 il bundan əvvəl 59,8% olub. Hesabat dövründə bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının payı 30,9%-dən 28%-ə, sığorta şirkətlərinin payı 2,8%-dən 2,9%-ə, investisiya şirkətlərinin payı isə 0,5%-dən 0,1%-ə dəyişib.
Hökumət BOKT-lərin aktivlərdəki payının yüksək olmasını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-yə ötürülməsi ilə izah edir. Yeri gəlmişkən, ötən il 5,3 milyon ABŞ dolları dəyərində toksik aktivin veksel müqabilində ötürülməsi təmin edilib.
©Report