6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın metallurgiya sənayesi istehsalında kəskin artım – bir aya 126 mln. manatlıq məhsul

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2022-ci ilin yanvar ayında 126.4 mln. manatlıq məhsul istehsal olunub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hazır metal məmulatlarının istehsalı sahəsində 59%, metallurgiya sənayesi məhsullarının istehsalında isə 40.8% artım müşahidə olub.

2022-ci ilin yanvar ayında hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 3.532.6 ton qara metallardan sair konstruksiyalar istehsal edilib.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində istehsal edilən əsas məhsullar:

Məhsul növlәri 2022-ci ilin yanvar ayında istehsal edilib Əvvəlki ilə nisbətən, %
Metallurgiya sәnayesi mәhsulları
Polad tökmә, min ton 32,5 191,2
Armatur, min ton 36,7 2,3 d.
Polad borular, min ton 6,2 2,1 d.
Emal edilmәmiş alüminium әrintilәri, ilkin şәkildә, min ton 1,1 64,7
Alüminium çubuqlar, millәr vә profillәr, ton 209,1 172,2
Hazır metal mәmulatlarının istehsalı
Qara metallardan yığma tikinti konstruksiyaları, min manat 1040,6 69,0
Qara metallardan sair konstruksiyalar, ton 3532,6 135,0
Misdәn elektrik izolyasiyası olmayan çoxdamarlı mәftil, tros vә kabellәr, ton 364,4 119,5
Son xəbərlər
Digər xəbərlər