13 C
Baku
Friday, April 19, 2024

Azərbaycanın müasir vergi sistemi iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artmasının determinantı kimi

MüəllifCeyhun Ramiz oğlu Yusifov, Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elmi-tədqiqat işləri üzrə rəis müavini,vergi xidməti müşaviri , Azərbaycanin vergi xəbərləri, 2010, N5

Son onilliklər ərzində dünyada baş verən texnoloji və iqtisadi dəyişiklikləri qiymətləndirərkən inamla demək olar ki, biz informasiya cəmiyyətinin qurulmasını müşahidə edirik və o, öz növbəsində birbaşa yeni tipli, necə deyərlər, innovasiya iqtisadiyyatının inkişafına təsir edir. 

Dünya iqtisadiyyatının iqtisadi artımının əsas amilləri biliklər və yeni ideyalar olan inkişaf meyli milli iqtisadiyyatın innovasiya-intellektual tip və onun gələcəkdə təkmilləşdirilməsi üzrə köklü dəyişməsinin zəruri olduğunu diktə edir.

Azərbaycanda yaranmış xammal iqtisadiyyatı xammala olan dünya qiymətlərinin konyukturundan müəyyən asılılığı şərtləndirir. Bu, əminliklə deməyə imkan verir ki, müasir mərhələdə iqtisadiyyatın innovasiyalı inkişafına alternativ inkişaf yoxdur və Azərbaycan iqtisadiyyatı qarşısında duran əsas vəzifələrdən biri qlobal dünya iqtisadiyyatında layiqli yer tutmaqdır.

Məlum olduğu kimi, M.Porterin beynəlxalq rəqabət nəzəriyyəsinə əsasən dövlətin vergi siyasəti rəqabətqabiliyyətliliyi sisteminin makrosəviyyəli determinantıdır, belə ki, vergi siyasəti təsərrüfat subyektlərinin fəaliyyətinin ümumi milli iqtisadi şərtlərini formalaşdırır. Vergi siyasətinin reallaşması forması vergi sistemidir ki, o dövlətin maliyyə və hüquqi sisteminin bir hissəsi olub, öz növbəsində, bir-biri ilə qarşılıqlı əlaqədə olan bir sıra elementlərdən ibarət təşkil olunmuş sistem kimi çıxış edir. Vergi sisteminin əsasını vergi təşkil edir.

Bu zaman vergi sisteminin aşağıdakı tərkib hissələrini ayırmaq olar:
– vergi hüququ sistemi – vergiqoyma sahəsində hüquq normaları ilə hüquq tənzimlənməsi metodlarının məcmusu;
– vergi sistemi – müxtəlif növ vergilərin və onların tutulması metodlarının məcmusu;
–  vergilərin yığılması sistemi – vergiqoymanın idarə edilməsi sahəsində əsas funksiyaların məcmusu və xüsusi fəaliyyət sahəsi kimi- vergi inzibatçılığı.

Tədqiqatın qarşısında qoyulan məqsədlərə nail olmaq üçün bizi, hər şeydən əvvəl, vergi sisteminin tərkib hissəsi kimi vergi sisteminin təhlili maraqlandırır, belə ki, verilmiş altsistem çərçivəsində vergi sisteminin bütövlükdə iqtisadi durumu və onun rəqabətqabiliyyətliliyə nail olunması sisteminin tərkib hissələrinə təsiri müəyyən edilir. Şəkil 1-də vergilər sisteminin strukturu verilmişdir.

Şəkil 1. Vergilər sisteminin strukturu

Vergi sistemi rəqabətqabiliyətliliyi sistemində altsistem olub, öz iş məqsədlərinə malikdir ki, bunlar da aşağıdakı funksiyaların həyata keçirilməsi vasitəsilə nail olunur:
– fiskal funksiya – dövlət xərclərinin maliyyələşdirilməsinin təmin edilməsi;
– tənzimləyici funksiya – iqtisadiyyatın dövlət tənzimlənməsi;
– sosial funksiya – ayrı-ayrı sosial qruplar arasında gəlirlərin qeyri-bərabərliyini azaltmaq yolu ilə sosial tarazlığın saxlanması;
– stimullaşdırıcı funksiya.

Vergi siyasəti aparılarkən nəzərə almaq lazımdır ki, ölkənin uğurlu sənaye inkişafı üçün vergi sisteminin məqsədlərinin həyata keçirilməsi ümumi sistemin məqsədi – rəqabətqabiliyyətliliyinin yüksəldilməsi ilə ziddiyyət təşkil etməməlidir.
Beləliklə, vergi siyasətinin başlıca məqsədi iqtisadi inkişaf üçün şəraitin yaradılmasından ibarət olmalıdır ki, artıq yuxarıda qeyd etdiyimiz kimi, bu da özündə iqtisadi artım və yeni rəqabət üstünlüklərinin yaradılmasını ehtiva edir.

Hazırda rəqabət üstünlüklərinin təsnifatı kifayət qədər mürəkkəbdir. Belə ki, məsələn, sintez əsasında, artıq yuxarıda adı çəkilən bu və ya digər şəkildə rəqabət analizinə toxunan M.Porterin beynəlxalq rəqabət nəzəriyyəsini, həmçinin Vernonun beynəlxalq ticarətdə məhsulun həyat tsikli nəzəriyyəsinin müddəaları və K.Rojnovun ölkələrin rəqabəti nəzəriyyəsinin sintezi əsasında rəqabət üstünlüklərinin beş tipini ayırmaq olar:

1. Resurs üstünlükləri aşağıdakılar sayəsində meydana gəlir:
• Ölkə hökuməti tərəfindən kapitalın yerləşdirilməsi üçün yaradılan və mal istehsalçılarına vergi ödənişlərində, həmçinin tranzaksion xərclərinə qənaət etməyə imkan verən əlverişli vergi və inzibati rejimlər;
• Əlverişli yerdə olması (infrastrukturun əsas mərkəzlərinə yaxın olması);
• Təbii ehtiyatlara və daşınmaz əmlaka əlyetərli olmaq üçün əlverişli şərait;
• Aşağı faiz dərəcələri;
• Təbii ehtiyatların və işçi qüvvəsinin olması və onların ucuz olması.

2. Texnoloji üstünlüklər mal istehsalçılarında miqyaslarda qənaəti təmin edən və istehlak effektini artıran, alınan məhsulun qiymət xaraktristikaları ilə bağlı olan kütləvi istehsal texnologiyalarının olması və istismarı ilə şərtləndirilmişdir;

3. İnnovasiya üstünlükləri buraxılan məhsulun nomenklaturunu və çeşidini  sürətlə yeniləşdirməyə imkan verən elmi-tədqiqat və konstruktor işlərinin nəticələrinin istehsalatda vaxtında həyata keçirilməsi hesabına formalaşır və bunun hesabına alınan məhsulun keyfiyyət parametrləri ilə bağlı olan istehlak effektini artırmaq mümkün olur;

4. Qlobal üstünlüklər  təsərrüfat fəaliyyətinin qeyri-iqtisadi (ekoloji və sosial) standartları və onların firma və dövlətin siyasətində həyata keçirlməsi ilə bağlıdır;

5. Mədəni üstünlüklər firmalara yaxın mədəniyyətli ölkələrdə satış bazarlarını və resursları saxlamağa imkan verən ölkə mədəniyyətlərinin yaxınlığı ilə şərtlənir.
Rəqabət üstünlüklərinin birinci üç növü – resurs, texnoloji və innovasiya – əsas və ya zəruri hesab edilir, qlobal və mədəni rəqabət üstünlüklərini isə ölkənin rəqabətqabiliyyətliliyinin saxlanması və yüksəldilməsi üçün kifayət edən şərtlər kimi göstərmək olar.

Beləliklə, Azərbaycanın vergi sistemi öz-özlüyündə resurs rəqabət üstünlüyüdür və başqa rəqabət üstünlükləri növlərinə öz təsirini göstərir.  Hər bir sistemin tərkib hissələri qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdədirlər, deməli, vergi siyasəti rəqabətqabiliyyətliliyi sisteminin tərkib hissəsi kimi, makro səviyyəyə aid olaraq, müxtəlif səviyyədə sistemin tərkib hissələri ilə qarşılıqlı təsirdədirlər:

• meta səviyyədə, burada ictimai həyatın təşkilinin əsas siyasi və iqtisadi formaları formalaşır, vergi siyasəti cəmiyyətə əhəmiyyətli dərəcədə təsir göstərə bilir, belə ki ölkə vətəndaşlarının böyük hissəsi vergi odəyiciləridir. Vergi münasibətləri çərçivəsində vergi ödəyiciləri ilə dövlət arasında qarşılıqlı təsir baş verir, onların öhdəlikləri və bir birinin qarşısında məsuliyyəti formalaşır.  Belə ki, müəyyən qrup iqtisadi agentlərin vergidən yayınması dövlət tərəfindən yığımın ümumi kütləsinin saxlanması üçün vergi yükünün yuksəldilməsi, vergi inzibatçılığının gücləndirilməsi şəklində cavab tədbirlər qəbul edilməsinə gətirir.   Sonuncu öz növbəsində vicdanlı ödəyicilərin vəziyyətini ağırlaşdırır, bu isə onların ümumiyyətlə dövlətə və vergi ödəməyənlərə olan münasibətinə təsir etməyə bilməz. Deməli, vergi siyasətinin təsir edə biləcəyi rəqabətqabiliyyətliliyi sisteminin mühüm determinantları  sosial inteqrasiya və həmrəylikdir, cəmiyyətin islahatlara münasibətidir, sahibkarların statusuna ictimai rəyin yaradılması şəraiti və onların dövlətin inkışafında roludur. Beləliklə, biz rəqabət üstünlükləri təsnifatına müraciət etsək, bu halda vergi siyasəti meta səviyyədə mədəni və qlobal rəqabət üstünlüklərinin əmələ gəlməsinə imkan yaradır;

• makrosəviyyədə bütövlükdə iqtisadi sistemin fəaliyyətinin əsas şərtləri müəyyən olunur.  Vergi siyasəti makrosəviyyədə dövlət siyasətinin mühüm tərkib hissəsidir ki, onun çərçivəsində pul vəsaitlərinin vergi ödəyicilərindən dövlətə hərəkətinin parametrləri müəyyən olunur.  Vergi dərəcələrinin və vergiqoyma səviyyəsində dəyişikliklər iqtisadiyyatın rəqabət qabiliyyətini təyin edən çox sayda makroiqtisadi göstəricilərə: ÜDM-in səviyyəsinə, qiymətlərin səviyyəsinə,  faiz dərəcələrinə və s. təsir edir. Makrosəviyyədə vergi siyasətinə təsərrüfat subyektləri tərəfindən nə dərəcədə resurs rəqabət üstünlüyü kimi baxıla biləcəyi müəyyən edilir;

• mezosəviyyəyə  spesifik siyasət və institutlar aiddir, burada kollektiv fəaliyyət nəticəsində həlledici şəkildə ayrı-ayrı sahələrin məhsuldarlığına yaxud istehsalın yerləşdirilməsinə təsir göstərən tədbirlər təyin olunur. Dövlət tərəfindən mezosiyasət tədbirləri həyata keçirilən zaman makrosəviyyə vasitələrindən istifadə edilməsi mümkündür. O cümlədən, xüsusi iqtisadi agent qruplarının maraqlarına xidmət edən müəyyən vergi alətləri mezosiyasətin bir hissəsini təşkil edir. Yəni mezosiyasət makrosəviyyədə yaradılan iqtisadi agentlərin fəaliyyətinin bərabər şəraitdə olmasını   aradan qaldırır. Vergi alətlərinin istifadəsi baş verən mezosəviyyədə siyasətin başlıca növləri struktur, industrial və texnoloji siyasətdir. Vergi siyasəti texnoloji və innovasiya rəqabət üstünlüklərinin formalaşmasına kömək edir;

• mikrosəviyyə rəqabətqabiliyyətliliyi formalaşarkən təsərrüfat münasibətlərinin müəyyənedici səviyyəsidir, belə ki, məhz müəssisələr rəqabət üstünlüklərini həyata keçirir. Eyni zamanda, mikrosəviyyə rəqabətqabiliyyətliliyinin şərtləri meta-, makro- və mezosəviyyədə qoyulur. Vergi siyasəti bütün müəssisələrin fəaliyyəti üçün eyni şərait yaradır, belə ki, qanunvericiliklə fərdi vergi rejimlərinin və güzəştlərinin tətbiqi qadağandır.  Vergi siyasəti rəqabətqabiliyyətliliyi sistemində mikrosəviyyə ilə bilavasitə qarşılıqlı əlaqədədir aə bu və ya digər ölkənin rəqabət üstünlükləri öyrənilərkən predmet rolunu oynamır.

Son xəbərlər
Digər xəbərlər