JPMorgan 6 400 özəl şirkəti izləyən yeni indeks yaradıb
Banker.az bu barədə “Bloomberg”ə istinadən yazır.
“JP Morgan Private Assets Index (JPAX)-Middle Market” indeksi illik gəliri 10 milyon dollardan 1 milyard dollara qədər olan təxminən 6 400 şirkəti əhatə edir. Bu şirkətlərin ümumi gəliri isə təxminən 1 trilyon dollar təşkil edir.
İndeks ticarət üçün nəzərdə tutulmayıb və investorlar üçün istinad göstəricisi rolunu oynayır. Məqsəd özəl şirkətlər bazarında şəffaflığı artırmaqdır. Bu bazar ictimai şirkətlərin sayının azalması fonunda sürətlə böyüyür.







