6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın müsbət xarici ticarət saldosu 3.4 dəfə artıb – Rəsmi göstəricilər

Bu ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $20 mlrd. 552.07 mln. dollar təşkil edib. Banker.az-ın Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunan statistik göstəricilərə əsasən apardığı hesablamalarına görə bu, ötən ilin müvafiq dövrü il müqayisədə $8 mlrd. 731.9 mln. və ya 73.9% çoxdur. Təkcə 2022-ci ilin may ayı ərzində isə aprel ayı ilə müqayisədə xarici ticarətin həcmində $4 mlrd. 688.16 mln. və ya 29.6% artım müşahidə olunub.

Cari ilin ilk 5 ayı ərzində ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 2.1 dəfə artaraq $15 mlrd. 416.51 mln.-a çatıb. Bu ilin təkcə may ayında ixrac $3 mlrd. 593.13 mln. təşkil edib ki, bu, ilin ilk 4 ayına nisbətən 30.4% artım deməkdir.

2022-ci ilin ilk 5 ayının idxal göstəriciləri də illik müqayisədə $742.68 mln. və ya 16.9% artaraq $5 mlrd. 135.56 mln. olub. May ayında idxalın həcmi $1 mlrd. 095.03 mln. təşkil edib ki, bu da yanvar-aprel aylarına nəzərən 27.1% artım deməkdir.

Komitənin cari ilin yanvar-may aylarını əhatə edən hesabatına əsasən, ölkənin müsbət saldosu $10 mlrd. 280.95 mln. manat təşkil edib. Bu göstərici ötən ilin yanvar-may aylarına nisbətən 3.4 dəfə çoxdur, bu ilin yanvar-aprel ayları ilə müqayisədə isə 32.1 dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər