5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın neft-qaz satışından qazancı Açıqlandı – Gəlirini 2 dəfə artırıb

2022-ci ilin yanvar-iyul dövründə Azərbaycanda neft-qaz sektoruna daxil olan malların ixracı 20 milyard 883 milyon 49 min dollar dəyərində olub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə burda artım 10 milyard 843 milyon 810 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-iyul ayı ərzində Azərbaycanın 22 milyard 565 milyon 90 min dollarlıq ixracının 92.55%-ni neft-qaz sektoruna daxil olan mallar formalaşdırıb.

Bu dövrdə ixrac edilmiş xam neftin dəyəri 12 milyard 397 milyon 710 min dollar, ixrac edilmiş təbii qazın statistik dəyəri isə 8 milyard 219 milyon 974 min dollar olub.

Qeyd edək ki, 2021-ci ilin eyni aylarında Azərbaycandan ixrac 10 milyard 39 milyon 239 min ABŞ dolları olub.

 

Son xəbərlər
Digər xəbərlər