Dövlət Statistika Komitəsi pərakəndə ticarət dövriyyəsi ilə bağlı açıqlama verib.
2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 19,0 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 9,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2 faiz və 2,4 faiz üstələmişdir.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2016-cı ilin yanvar-iyul aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi |
18 987,3 |
101,8 |
– o cümlədən:
ərzaq məhsulları |
8 626,9 | 101,3 |
içkilər və tütün məmulatları | 935,4 | 100,2 |
– toxuculuq məhsulları, geyim və ayaqqabılar | 3 408,7 |
102,8 |
-elektrik malları və mebellər | 1 167,4 | 101,9 |
-kompüterlər, telekommunikasiya
-avadanlıqları və çap məhsulları |
140,2 |
100,7 |
-əczaçılıq və tibbi mallar | 260,7 | 101,2 |
-avtomobil yanacağı | 940,9 | 99,6 |
-digər qeyri-ərzaq məhsulları | 3 507,1 | 103,1 |