2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın Pakistan düyüsünə gömrük güzəşti effekt verir: İdxal kəskin artıb

Azərbaycan 2023-cü ilin ilk 6 ayı ərzində xaricdən 36 333 ton həcmində düyü idxal edib.

Banker.az-ın məlumatına görə, bu da illik müqayisədə 16% illik artım deməkdir. Ölkəyə gətirilən düyünün ümumi dəyəri isə $32.42 milyona çatıb.

Azərbaycanın düyü idxalçıları Hindistandan alışları daha da yüksəldiblər. Belə ki, düyünün 88.2%-dən çoxu bu ölkədən alınıb. Ötən il Cənubi Asiya ölkəsinin payı 70% idi.

Dövlət Statistika Komitəsinə görə, düyünün Hindistandan ilk yarıda 32 060 ton və ya $28.85 milyondan çox düyü alınıb.

Ötən il Azərbaycanın Nazirlər Kabineti Pakistan düyüsünə tətbiq etdiyi gömrük rüsumundakı güzəşt effekt verib. İdxalçılar Pakistandan 1 192 tonluq və ya $0.97 milyonluq düyü idxal ediblər. Bu ötən ilin eyni dövrünü 2 dəfədən çox üstələyir.

Pakistan düyüsü ilə bağlı NK-nin qərarı 2022-ci ilin dekabrından qüvvəyə minib və 31 dekabr 2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilir.

Son xəbərlər
Digər xəbərlər