15 C
Baku
Friday, March 29, 2024

Azərbaycanın peyk telekommunikasiya və optik peyk xidmətləri ixracında TOP 5 ölkə

2022-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” tərəfindən dünyanın 34 ölkəsinə $13.1 mln. dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Mərkəzdən bildirilir ki, “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87%-ini təşkil edib. 2022-ci ilin iyun ayında isə “Azərkosmos” dünyanın 32 ölkəsinə $2.3 mln. dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-iyun ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə $3.3 mln. ilə Birləşmiş Krallıq, $2.8 mln. ilə Fransa, $2.2 mln. ilə Lüksemburq, $1.2 mln. ilə BƏƏ və $0.7 mln. ilə Pakistan qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər