Azərbaycanın qiymətli kağızlar bazarında 2015-ci ilə qədər 15-ə yaxın investisiya şirkəti fəaliyyət göstərirdi. Bu rəqəm həmin il “Qiymətli kağızlar bazarı haqqında” yeni qanunun qüvvəyə minməsindən sonra təxminən 2 dəfə azalıb. Səbəb yeni qanunvericiliyin şirkətlərə qarşı bir sıra tələblər, məsələn, təşkilati-hüquqi formanın məhdud məsuliyyətli cəmiyyətdən (MMC) səhmdar cəmiyyətə dəyişdirilməsi, yəni korporativ idarəetməyə keçid tələbi qoymasıdır.
Yeni tələblərə görə, 6 investisiya şirkəti uyğunlaşa bilib. Siyahıya daha sonra “Xalq Kapital” Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarından sonra BFB-nin(Bakı Fond Birjası) listinə qəbul edildi.
Hal-hazırda ümumilikdə 7 investisya şirkəti fəaliyyət göstərir. BFB-nin açıqlamasına görə 6 investisya şirkətinin illik dövriyyəsindəki rekinqinə əsasən “UniCapital” ən yüksək göstəriciyə malikdir. Belə ki, İŞ-nin illik dövriyyəsi 2,5 milyard manata yaxındır.
Listə qəbul edilmiş İnvestisya Şirkətləri (İ.Ş) bunlardır:
İ.Ş-nin adı | Fəaliyyət Növləri | Üzvlüyün tarixi | İllik dövriyyəsi (Manatla) |
Broker; Diler | 02/07/2014 | 105,302,034.76 | |
Broker; Diler | 09/03/2003 | 47,805,709.07 | |
Broker; Diler | 09/23/2013 | 1,100,677,834.41 | |
Broker; Diler | 02/24/2015 | 787,057,069.52 | |
Broker; Diler | 05/02/2008 | 2,419,755,097.72 | |
Broker; Diler | 31/08/2012 | 1,128,138,882.17 | |
Broker; Diler | 09/06/2017 | Məlumat yoxdur |