İrkutsk aviasiya zavodunda “İrkut” korporasiyası tərəfindən işlənib hazırlanan yeni MS-21 ortamagistral sərnişin təyyarəsinin təqdimetmə mərasimi keçirilib.
Təyyarə mövsümi fasilə olmadan bütün iqlim zonalarında istismar oluna bilər. Təyyarənin iki modeli hazırlanıb: onlardan biri 132-165 sərnişinin daşınması üçün nəzərdə tutulub, digəri – 163-211 sərnişin daşımaq iqtidarındadır.
MS-21 təyyarələri Tu-204, Tu-154B/M və onların qərb analoqlarını (o cümlədən Boeing 737 və А320) əvəz etmək üçün yaradılır. Uçuş sınaqlarını cari ilin sonunda aparmaq nəzərdə tutulub, seriya istehsalı isə 2017-ci ildə planlaşdırılır.
Mərasimdə Rusiyanın baş naziri Dmitri Medvedev iştirak edir.
Bir müddət əvvəl Rusiyanın “İlyuşin Finans” lizinq şirkəti və “Azərbaycan Hava Yolları” 10 ədəd MS-21 təyyarəsinin tədarükü haqqında memorandum imzalayıb.
Report