2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın sement istehsalçısının səhmləri bahalaşıb

Azərbaycanda ən böyük sement istehsalçılarının biri olan “Holcim Azərbaycan” ASC-nin səhmləri dekabr ayına bahalaşıb.

Banker.az xəbər verir ki, sement zavodunun dekabr ayında 550 ədəd səhmi 33 000 manat müqabilində əl dəyişib. Bu da bir səhmin qiymətinin 60 manat olması deməkdir.

Bakı Fond Birjasında sonuncu dəfə “Holcim Azərbaycan”nın səhmləri sentyabrda satılmışdı və həmin tarixdə hər bir səhmin satış qiyməti cəmi 30 manat təşkil edirdi. Son bir ildə isə ən böyük həcmli səhm alış-satışı iyulda baş tutumuşdu. Həmin vaxt hər bir səhmin satış qiyməti 40 manat təşkil edirdi.

Sement istehsalçısı 2020-ci ildə gəlirlərini öncəki illə müqayisədə 16% azaltmaqla cəmi 101 milyon manat əldə etmişdi. Bu azalma beləcə “Holcim Azərbaycan”nın xalis mənfəətini öncəki illə müqayisədə 4 dəfə azaltmalı oldu. 2020-ci ildəki xalis mənfəət 2.15 mln. manat (2019: 9.15 mln. manat) olaraq audit hesabatında təsdiqlənir.

30 iyul 2021-ci il tarixində “Holcim Azərbaycan” ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağı keçirilərkən, səhmdarlar təklif olunan dividendlərin bölüşdürülməsini təsdiq etmişdilər. Lakin həmin qərardan sonra “Holcim Azərbaycan”ının fiziki şəxs səhmdarları ödəniləcək dividendlərdən narazı görünürdülər. Əsasən Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan şirkətin fiziki şəxs səhmdarları ödənilən dividendin çox az olduğunu bildirirdilər. Səhmdar cəmiyyətin son iki maliyyə ili üzrə səhmdarlarına dividend ödəniləcəyi açıqlanmışdı. Bir səhmə görə – 2019-cu maliyyə ilinin yekunları üzrə 5,.66 manat, 2020-ci maliyyə ilinin yekunları üzrə 1.35 manat olmaqla cəmi 7.01 manat dividend ödəniləcək. 186 səhmdən ibarət olan bir payın (səhm paketinin) sahibi 1 303.86 manat dividend alacaq.

 

Son xəbərlər
Digər xəbərlər