Bu ilin I rübündə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 248.989 milyon manat məbləğində sığorta haqqı toplanılıb ki, bu ötən ilin eyni dövrünə nisbətən 3.4% çoxdur.
Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.
Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 145,345 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 88.5% çoxdur.