Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı sığorta şirkətləri tərəfindən 339 milyon 107 min manat məbləğində sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 9% çoxdur.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Cari ilin 4 ayında sığorta şirkətləri tərəfindən 179 milyon 789 min manat sığorta ödənişi həyata keçirilib. Belə ki, 2020-ci ilin eyni dövrünə nisbətən sığorta ödənişləri 70% artıb.