10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın tədiyyə balansında $1.3 mlrd. müsbət saldo qeydə alındı

Azərbaycan Respublikasının 2021-ci ilin birinci yarısına tədiyyə balansının ümumi saldosu 1 milyard 261.3 milyon dollar olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının statistikasında deyilir.

Ölkənin cari əməliyatlar balansı 1 878.4 mln. dollar olmuş, o cümlədən xariclə ticarət balansı müsbət 3 518.9 mln. dollar, xariclə xidmətlər balansı isə mənfi 1 300.5 mln. dollar təşkil etmişdir.

Ölkənin xalis maliyyə aktivləri yarımildə 695.6 mln. dollar, xalis maliyyə öhdəlikləri isə 117.1 mln. dollar olmuşdur.

2021-ci ilin I yarımilliyində tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının genişlənməsindən təsirlənmişdir. Cari əməliyyatlar balansında 1.9 mlrd.$ profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 0.6 mlrd.$ kəsir yaranmış, ehtiyat aktivləri 1.3 mlrd.$ artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 58$/barel olmuş, qeyri-neft ixracı isə 20% artmışdır.

 

Son xəbərlər
Digər xəbərlər