25 C
Baku
Friday, April 19, 2024

Azərbaycanın ticarət balansında $10 mlrd-lıq müsbət saldo yaranıb

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 117 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30 milyard  746.3 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 20 milyard 336.4 milyon dollarını ölkədən ixrac olunmuş məhsulların, 10 milyard 409.9 milyon dollarını isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 9 milyard 926.5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 40.7 faiz, real ifadədə 0.8 faiz, o cümlədən ixrac 10.4 faiz artmış, idxal isə 11.2 faiz azalmışdır.

Son xəbərlər
Digər xəbərlər