19 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanın ticarət balansında ilk yarıda $12 mlrd. üzərində qalıq yaranıb

Azərbaycanın ticarət balansında 2022-ci ilin ilk yarısında 12.12 milyard ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Bunu Banker.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Qeyd edilir ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində xaricə 18 milyard 479.2 milyon dollar ixrac edildiyi halda, 6 milyard 357 milyon dollar idxal edilib.

Ümumi ticarət dövriyyəsi isə 24 milyard 836.19 milyon dollar olub.

İxracın bu qədər kəskin artmasına səbəb xam neft ixracının ilk yarıda 9 milyard 361 milyon dollar ölkəyə gətirməsidir ki, bu da ixracın ümuminin 50.66% təşkil etməsi deməkdir. İkinci ən böyük artım qaz ixracı il bağlıdır.

Azərbaycandan xaricə 7.44 mlrd. dollar həcmində qaz ixrac edilib, bu da ümumi ixracın 40.2%-dir.

423432324232342

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər