Turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilən şirkəti adını dəyişib.
Banker.az xəbər verir ki, “Crystal Entertainment” Məhdud Məsuliyyətli Cəmiyyəti adını dəyişərək “Brent” MMC-ə çevrildiyini elan edir.
Bildirək ki, “Crystal Entertainment” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətinin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Nicat Dadaşovdur.
“Crystal Entertainment” şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Böyük Qala, ev 12 ünvanında fəaliyyət göstərir. Bu şirkət Azərbaycan ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərindən biridir.