32 C
Baku
Thursday, June 13, 2024

Azərbaycanın xaricə albalı və gilas satışından gəliri 5 dəfə artıb

2020-ci ilin yanvar-iyul aylarında ixrac olunan əsas qeyri-neft mallarının siyahısında albalı və gilas ixracı da yer tutur.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2022-ci ilin avqust sayında qeyd edilib.

Bu ilin iyul ayında Azərbaycan xaricə 7.4 milyon ABŞ dolları dəyərində albalı və gilas ixrac edilib. Ötən ilin müvafiq dövründə isə ixrac edilən albalı və gilasın dəyəri 1.6 milyon ABŞ dolları idi.

Belə ki, illik müqayisədə Azərbaycanın albalı və gilas ixracı 5 dəfə artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər