15 C
Baku
Wednesday, May 15, 2024

Azərbaycanın xaricə elektrik enerjisi satışından gəliri 5 dəfə artıb

Azərbaycan 2023-cü ilin ilk on ayında xaricə 3 mlrd. 409.4 mln. kVt/saat həcmində elektrik enerjisi ixrac edib.

Banker.az bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Beləliklə, ixracın həcmi illik müqayisədə 4 dəfə yüksəlib.

Azərbaycandan xaricə ixrac edilmiş elektrik enerjisnin ixrac dəyəri isə 348.12 milyon ABŞ dolları təşkil edib.

2022-ci ildə Azərbaycan elektrik enerjisini orta qiymətlə hər kVt/saatını 8 sentə satdığıməz halda, cari ildə bu rəqəm 10 sentə yüksəlib.

Energetika naziri Pərviz Şahbazov dünənki açıqlamasında bildirib ki, cari ilin 10 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 278.5 mln. kVt/saat artaraq 2 mlrd. 4032.8 mln. kVt/saat təşkil edib.

İES-lər üzrə 22 mlrd. 213.8 mln. kVt/saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 mlrd. 819 mln. kVt/st #elektrikenerjisi istehsal edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər