6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın xarici valyuta ehtiyatları 47 dəfədən çox artıb – Baş nazir

Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 mlrd ABŞ dollarını keçib və hazırda birbaşa xarici borcumuzu 10 dəfə üstələyir.

Bunu Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib.

“Bu dövr ərzində sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb”, – o əlavə edib.

Əli Əsədovun sözlərinə görə, ötən dövrdə qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, innovativ və yüksək texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, bu sahədə sahibkarlığı dəstəkləmək və istehsal sahəsində məşğulluğu artırmaq məqsədilə ölkədə yüzlərlə istehsal və emal müəssisələri, iri sənaye mərkəzləri, parkları və məhəllələri yaradılıb.

“Görülən bütün bu işlər, həmçinin Azərbaycan məhsullarının ixrac coğrafiyasını genişləndirmək imkanı vermiş, yüksək keyfiyyət standartlarına malik yerli məhsulların “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara çıxışını genişləndirib”.

Baş nazir qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin inkişafı ötən dövr ərzində diqqət mərkəzində saxlanıldığını deyib.

“Görülmüş məqsədyönlü tədbirlər nəticəsində son 20 ildə qeyri-neft ixracı 8 dəfədən çox artmışdır. Bu dövr ərzində respublika üzrə 51 aqropark yaradılıb.

Son xəbərlər
Digər xəbərlər