Azərbaycanın xariclə ticarət balansındakı qalıq $6.6 milyarda yüksəldi

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 111 ölkəyə məhsul ixrac olunmuş, 177 ölkədən idxal olunub.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 22 milyard 953.7 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 14 milyard 755.2 milyon dollarını və ya 64.3 faizini ölkədən ixrac olunmuş məhsulların, 8 milyard 198.5 milyon dollarını (35.7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 6 milyard 556.7 milyon dollar məbləğində müsbət saldo yaranıb. Öncəki ayda ticarət balansında 5 milyard 924.9 milyon dollar idi.

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11.4 faiz azalmış, real ifadədə isə 2.5 faiz, o cümlədən idxal 8.5 faiz, ixrac 0.6 faiz artmışdır. 2023-cü ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 20.6 faiz, real ifadədə 16.9 faiz artaraq 1773.3 milyon dollar təşkil etmişdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər