6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın xurma ixracı kəskin artdı – $90 mln.-dan çox gəlir

2021-ci ilin ilk 11 ayında Azərbaycandan xaricə $91.45 mln. dəyərində 129 516.50 ton xurma satılıb.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk 11 ayının qeyri-neft sektoru üzrə ixracında xurma ixracının payı 3.88% olub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xurma ixracı miqdar ifadəsində 39.1%, dəyər ifadəsində isə 40.9% artıb. Cari ilin noyabr ayı ərzində xaricə satılan xurmanın dəyəri $37.28 mln., miqdarı isə 54 383.42 ton olub.

 

Son xəbərlər
Digər xəbərlər