15 C
Baku
Friday, March 29, 2024

Azərbaycanın “yaşıl enerji” potensialı 200 qiqavat həcmində qiymətləndirilir

Azərbaycanın “yaşıl enerji” potensialı 200 qiqavat həcmində qiymətləndirilir.

Bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Yaşıl hidrogen – dekarbonizasiyaya gedən yol” mövzusunda keçirilən seminar zamanı bildirib.

Onun sözlərinə görə, qeyd olunan potensialın 157 qiqavatı dənizdə, 30 qiqavatı quruda, 10 qiqavatı isə işğaldan azad olunmuş ərazilərdə olan “yaşıl enerji” imkanlarının payına düşür.

Bundan əlavə, hazırda Naxçıvanda da “yaşıl enerji”nin imkanlarının inkişafı istiqamətində intensiv işlər görülür.

Cavid Abdullayev onu da əlavə edib ki, hazırda Azərbaycanın enerji sisteminin qoyuluş gücü 8 qiqavatı aşmır və “yaşıl enerji” potensialının istifadəsi bu imkanları artırmağa imkan verəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər