8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın yaxın illərdə neft və kondensat ixracını artıracağı proqnozlaşdırılır

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycandan 2032-ci ilə kimi maye karbohidrogenlərin (neft və qaz kondensatı – red.) ortalama gündəlik ixracı üzrə proqnozunu açıqlayıb.

Yaxın bir neçə il ərzində (2023-2025-ci illər) Azərbaycanda maye karbohidrogenlərin ixracı artacaq, ondan sonra isə tədricən azalmaya doğru yönələcək.

Belə ki, 2020-2031-ci illər arasında olan intervalı götürdükdə maye karbohidrogenlərin ixracı üzrə ən yüksək göstərici – 616.1 min barel, 2025-ci qeydə alınacaq.

Proqnoza əsasən, maye karbohidrogenlərin ixracı üzrə ən aşağı göstərici isə – 568.4 min barel, 2031-ci ildə qeydə alınacağı gözlənilir.

Azərbaycandan maye karbohidrogenlərin ixracı üzrə 2020-2031-ci illəri əhatə edən göstəricilər:

Azərbaycanda maye karbohidrogenlərin ixracı – 2020-2025-ci illər
İndikatorlar 2020 2021 2022 2023 2024 2025
İxrac, min barel/gün 616 606.1 574.1 594.4 614.3 616.1
Ötən il ilə müqayisə, %-lə -8 -1.6 -5.3 3.5 3.4 0.3
 
Azərbaycanda maye karbohidrogenlərin ixracı – 2026-2031-ci illər
İndikatorlar 2026 2027 2028 2029 2030 2031
İxrac, min barel/gün 600 591.5 585.8 580.1 574.6 568.4
Ötən il ilə müqayisə, %-lə -2.6 -1.4 -1 -1 -0.9 -1.1
MənbəApa
Son xəbərlər
Digər xəbərlər