6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın Yeni Nəsil İqtisadiyyatı Strategiyasının hazırlanmasına başlanılıb

Azərbaycanın Yeni Nəsil İqtisadiyyat Strategiyası 2030-cu ilə qədər dövlət, özəl və vətəndaş cəmiyyətini əhatə etməklə iqtisadiyyata töhfə verəcək, 9 əsas layihə və bu layihələr çərçivəsində 69 fəaliyyət istiqaməti üzrə Azərbaycanda iqtisadi artımı dəstəkləyəcək.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakıda keçirilən “Milli iqtisadiyyatda 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi”nə həsr olunmuş “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” mövzusunda tədbirdə bildirib.

O qeyd edib ki, Strategiyada müxtəlif sektorların rəqabət qabiliyyətini artırmaq, vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaq və dövlət xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsini təşviq etmək üçün rəqəmsal texnologiyadan geniş istifadə olunması öz əksini tapıb: “Bunu təmin etmək nazirliyimiz qarşısında duran ən mühüm vəzifələrdən biridir. Ümumiyyətlə nazirlik innovasiyaları, inklüzivliyi əhatə edən, onları Azərbaycan iqtisadiyyatının, eləcə də cəmiyyətinin bütün aspektlərinə səmərəli şəkildə inteqrasiya edən iqtisadi artım üçün istiqamətləndirici baxışın həyata keçirilməsinə çalışır. Strategiyanın reallaşdırılması yeni dövrdə Azərbaycanda biznes transformasiyasının gücləndirilməsindən tutmuş potensialın artırılmasına, 4Sİ texnologiyalarının geniş tətbiqini nəzərdə tutan model tipli müəssisənin və yeni nəsil texnoloji mərkəzin qurulmasına, Rəqəmsal əkizlərin yaradılmasına və “Lokal Generative Süni İntellekt” təşəbbüsünün həyata keçirilməsinə, sahibkarlığın təşviq edilməsinə və əlverişli infrastrukturun dəstəklənməsinə qədər bütün sahələrdə inkişafa zəmin yaradacaq. Dediyim təşəbbüs Azərbaycan dilini mükəmməl bilən və Azərbaycana məxsus məzmun yerləşdirilən generativ Sİ platformalarının hazırlanması, Azərbaycanın mədəni zənginliyini qorumaqla ölkədə süni intellektin tətbiqi imkanlarının artırılması, iqtisadi artımın təşviq edilməsi, yeni texnologiyaya əsaslanan iş yerlərinin və sənayenin yaradılmasının stimullaşdırılması məqsədi daşıyır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər